Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Mey yanvarın 28-də Türkiyəyə rəsmi səfər edib. Anadolu Agentliyi xəbər verir ki, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün
Anıtqəbir mavzoleyindəki məzarını ziyarət edən Tereza Mey xatirə kitabına yazdığı ürək sözlərində müasir Türkiyənin qurucusunun xatirəsini anmaqdan qürur duyduğunu bildirib.
Sonra Baş nazir Tereza Meyin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Daha sonra Tereza Meyin Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşü keçirilib. Təxminən bir saat davam edən görüşdən sonra hər iki Baş nazirin mətbuata bəyanatla çıxış edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB