İŞİD-dən qaçan insanlar minaya düşdü: 5 ölü, 10 yaralı

İŞİD-dən qaçan insanlar minaya düşdü: 5 ölü, 10 yaralı

İraqda İŞİD terror təşkilatının nəzarətindəki bölgədən qaçmağa çalışan insanların minaya düşmələri nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Anadolu agentliyi xəbər verir ki, yaralananlar arasında qadın və uşaqlar da var.

Qeyd edək ki, İraqın Kərkük şəhərinin 6 qəsəbəsi və yüzlərlə kəndi 2014-cü ildən İŞİD-in nəzarətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə