Obamanın qızı Tramp əleyhinə keçirilən aksiyada

Obamanın qızı Tramp əleyhinə keçirilən aksiyada

ABŞ-ın sabiq prezidenti Barak Obamanın böyük qızı Maliya Obama prezident Donald Trampın qərarı əleyhinə keçirilən aksiyada iştirak edib. SİA Daily Mail nəşrinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ağ Evin yeni rəhbərinin Dakota Access boru kəmərinin inşası barədə qərarına etiraz ediblər.

M.Obama Yuta ştatında "Sandens" kinofestivalına qatılıb, daha sonra yüzlərlə iştirakçı ilə birlikdə Trampın qərarına etirazını bildirib.

Qeyd edək ki, Tramp Obamanın imtina etdiyi Keystone və Dakota Access neft boru kəmərlərinin tikintisi layihəsinin bərpası haqqında sərəncam verib. Etirazçılar Dakota Access kəmərinin içməli suyun keyfiyyətinə mənfi təsir edəcəyindən narahatdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə