Luqansk separatçılarının ilk rəhbəri Moskvada öldü

Luqansk separatçılarının ilk rəhbəri Moskvada öldü

Ukraynanın Luqansk vilayətinin ərazisində separatçılar tərəfindən elan olunmuş və tanınmayan "Luqansk Xalq Respublikası"nın ilk lideri, 47 yaşlı Valeri Bolotov dünən Moskvada yerləşən evində dünyasını dəyişib.

Virtualaz.org "Novorossiya" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, Bolotovun ölümünə keçirdiyi miokard infarktı səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə