“Ərdoğan Trampla Gülənin ekstradisiyasını müzakirə etmək niyyətindədir”
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ əlaqələrinin yaxşılaşdırılması üçün amerikalı Donald Trampla görüşmək niyyətini açıqlayıb. SİA-nın RİA Novostiyə istinadən xəbərinə görə, Ərdoğan tezliklə Trampla görüşmək arzusunda olduğunu deyib: "Biz iki ölkə NATO-nun üzvləriyik. Amma demək olmaz ki, münasibətlərin hazırkı səviyyəsi NATO ölkələrinin həmrəyliyinə cavab verir. Biz, həmçinin Trampın bu yaxınlarda alyans haqqında verdiyi bəyanatla nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq istəyirik. Daha bir vacib məsələ isə Türkiyə və ABŞ arasında iqtisadi, xüsusilə müdafiə sənayesi sahəsində əlaqələrin daha da təkmilləşdirilməsidir".
Türkiyə lideri amerikalı həmkarı ilə FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin ekstradisiyası məsələsini də müzakirə etmək niyyətindədir: "Biz tezliklə bu məqsədimizə nail olmaq istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB