Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan Ali Məhkəməsinin 8 qiyamçı hərbçinin təhvil verilməməsi ilə bağlı çıxardığı qərara etiraz edib.
Axar.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Yunanıstanın qiyamçıları qoruyan və dəstək verən ölkə olduğu bildirilib. "Yunanıstan məhkəməsinin qərarı beynəlxalq hüquq normalarına ziddir. Bu qərara qarşı bütün hüquqlarımızdan istifadə edib, günahkarların ekstradisiya edilməsi və cəzalandırılması ilə bağlı səylərimizi davam etdirəcəyik", - açıqlama bildirilib.
Qeyd edək ki, Yunanıstan məhkəməsi 15 iyul dövlət çevrilişinə cəhddə iştirak etmiş 8 hərbçi ilə bağlı Türkiyənin ekstradisiya tələbini rədd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB