Səfir açıqladı: Tramp xarici siyasətdə dəyişiklik edəcək

Səfir açıqladı: Tramp xarici siyasətdə dəyişiklik edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların xarici siyasətində dəyişikliklər etmək niyyətindədir. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Donald Trampın Azərbaycanla bağlı siyasətində hansı dəyişikliklərin edəcəyi ilə bağlı suala cavabında bildirib.

"Hələ keçid hökumətinin formalaşmasının başlanğıc mərhələsindəyik. Proqnoz vermək tezdir. Lakin siz onun ilkin bəyanatlarından da eşitmisiniz ki, Birləşmiş Ştatların siyasətində dəyişikliklər etmək niyyətindədir", - deyə diplomat qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə