Anadolu Məhkəməsi: Hakan Şükür zorla məhkəmə zalına gətiriləcək

Anadolu Məhkəməsi: Hakan Şükür zorla məhkəmə zalına gətiriləcək

Türkiyənin Anadolu 33-cü Cəza Məhkəməsi Hakan Şükürün zorla məhkəmə zalına gətirilmə barədə qərar verib. Axar.az xəbər verir ki, qərara səbəb kimi keçmiş futbolçunun məhkəmə iclaslarında iştirak etməməsi göstərilib. Buna baxmayaraq, Şükürün vəkili İsmayın Loyalın isə məhkəmədə iştirak etdiyi vurğulanıb.

Qeyd edək ki, FETÖ şəbəkəsi ilə birgə 15 iyul qıyamında adı hallanan keçmiş futbolçu Tvitter səhifəsində istifadəçilərdən birinin şərəf və ləyaqətini təhqir edib. Ankara Cümhuriyyət Prokurorluğunun hazırladığı ittihamnamədə onun 2.4 ilə qədər həbs olunması istənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə