Suriyada 1 türk əsgəri şəhid olub, 5-i yaralanıb

Suriyada 1 türk əsgəri şəhid olub, 5-i yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda şəhid olub. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir. İnsident Suriyanın Əl-Bab bölgəsində qeydə alınıb. İŞİD silahlıları türk hərbçilərinin olduğu bölgəni atəşə tutub, 1 türk şəhid olub, 5-i yaralanıb. Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı "Firat qalxanı" əməliyyatına avqustun 24-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə