Prezidentlik müddəti bitən Barak Obama və xanımı Mişel istirahətə yollanıblar. 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ağ Evdən köçən cütlük Karib dənizi sahilində yerləşən Neker adasında dincəlib.
Bir neçə günlük istirahətdən sonra Obama ailəsi Kaliforniyadakı evlərinə dönüb. Keçmiş prezident əvvəllər də olduğu kimi günün bir neçə saatını qolf meydançasında keçirib.
Cütlüyün böyük qızı Maliya isə arzularının arxasıyca gedərək kinematoqrafiyada ilk ciddi addımlarını atır. O, "Sundance" festivalına qonaq kimi qatılsa da, bir neçə tanınmış prodüserlə əlaqə saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB