ABŞ-ın yeni prezidenti Donald Tramp NATO-nun fəaliyyətindən narazıdır və Alyansın hazırkı şəkildə işini səmərəli hesab etmir. Bunu jurnalistlər üçün keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Şon Spayser deyib.
Prezidenti administrasiyasının rəsmisi bildirib ki, Tramp artıq dəfələrlə NATO-nun hazırkı quruluşda faydalı iş əmsalı baxımından missiyasını lazımınca yerinə yetirmədiyini qeyd edib.
Spayserin sözlərinə görə, Tramp ümumilikdə ABŞ-ın alyansa verdiyi töhfə və ondan aldığı fayda fonunda gördüklərindən narazıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB