Rusiyalı nazir Türkiyənin qarşısında şərt qoydu

Rusiyalı nazir Türkiyənin qarşısında şərt qoydu

Türkiyədən gətirilən pomidorların Rusiyaya girişinə icazə verilməsi üçün ölkəmizdən oraya ət ixracı məsələsini müzakirə etməliyik. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçev deyib. Nazir bildirib ki, Krasnodar əyalətinin rəhbəri olduğu dönəmdən bəri Türkiyədən idxal edilən kənd təsərrüfatı malları yerli istehsalata maneə yaradıb:

"Türkiyənin meyvə-tərəvəz növlərinin Rusiyaya idxalı ilə bağlı qadağanın ya qismən, ya da tamamilə aradan qaldırılması məsələsi qarşı tərəfin mallarımıza (ət və ət məhsulları) tətbiq etdiyi məhdudiyətlə birgə müzakirə edilməlidir". Bundan əlavə, Tkaçev Rusiyanın daim milli təhlükəsizlik məsələsini də diqqətdə saxlayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə