Əsəd hökümətindən Astana açıqlaması: Qəbul edirik

Əsəd hökümətindən Astana açıqlaması: Qəbul edirik

Astana sammitində qəbul edilən qərarları dəstəkləyirik. Axar.az xəbər verir ki, bu barədə Suriya hökuməti açıqlama yayıb. "Türkiyə, Rusiya və İranın qəbul etdiyi qərarları dəstəkləyir və onlara tərəfdar çıxırıq", - açıqlamada bildirib.

Qeyd edək ki, Astana görüşündə son 6 ildə ilk dəfə olaraq Suriya iqtidarı ilə müxalifəti bir masa arxasına əyləşib. Görüşlərin yekunu olaraq silahlı atışmaların dayandırılması üçün Rusiya, İran və Türkiyənin iştirakı ilə üçtərəfli mexanizm yaradılması barədə razılığa gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə