Rusiya və Ermənistan investisiya fondu yaradır

Rusiya və Ermənistan investisiya fondu yaradır

Rusiya və Ermənistan investisiya əməkdaşlığı sahəsində fond yaradılması imkanlarını nəzərdən keçirəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev erməni həmkarı Karen Karapetyanla görüşdən sonra deyib. O bildirib ki, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən investisiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub: "Bu məqsədlə xüsusi fondunun yaradılması ideyası var. Biz bu fondun yaradılması, həmçinin onun maliyyə mənbələrinin formalaşdırılmasını araşdıracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə