“Suriyanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqik” Astana bəyanatı

“Suriyanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqik” Astana bəyanatı

Rusiya, İran və Türkiyə Suriyanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqdir və hesab edirlər ki, ərəb ölkələrində mövcud olan münaqişələrin hərbi yolla həlli mövcud deyil. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə üç ölkənin Astanada Suriya böhranı üzrə keçirilən danışıqların yekun bəyanatında deyilir. Bəyanatı Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahamanov səsləndirib. Qeyd edilib ki, Suriya münaqişəsinin hərbi həll yolu mövcud deyil: "Nizamlanma yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında siyasi yolla mümkündür. Rusiya, İran, Türkiyə Suriyada terrorizmlə birgə mübarizəyə hazır olduqlarını təsdiq edirlər. Hər üç ölkə Astananın Suriya danışıqları üçün effektiv məkan olduğunu bəyan edir".

Bütün xəbərlər Facebook səhifəmizdə