Astana görüşündə Suriyada atəşkəsə dair razılıq əldə olunub

Astana görüşündə Suriyada atəşkəsə dair razılıq əldə olunub

Türkiyə, Rusiya və İran arasında Suriyada döyüşlərin dayandırılması və atəşkəsə dair razılaşma əldə olunub. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tərəflər Astanada keçirilən görüşdə razılığa gəliblər. Anlaşma üç ölkənin ortaq bir mexanizm quraraq atəşkəs razılaşmasının tətbiqinin təmin edilməsini nəzərdə tutur.

Qeyd edək ki, yanvarın 23-də Astanada Moskva, Ankara və Tehranın vasitəçiliyi ilə rəsmi Dəməşq və Suriya müxalifəti arasında danışıqlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə