Səudiyyə Ərəbistanı hökuməti 2020-ci ilə qədər büdcənin tarazlaşdırılması proqramı çərçivəsində 2017-ci ilin ikinci rübündən ziyanlı ərzaq məhsullarına aksiz vergisinin tətbiq olunacağını elan edib. "Vergiler.az" saytının məlumatına görə, alkoqolsuz qazlı içkilərə 50 faiz, energetik və tütün məhsullarına isə 100 faiz dərəcə üzrə vergi qoyulacaq. 2018-ci ilin ilk rübündən həm də 5 faiz dərəcə ilə əlavə dəyər vergisinin tətbiqinə başlanacaq.
Hesablamalara görə, ziyanlı ərzaq məhsullarına qoyulmuş aksizlər, eləcə də əcnəbi işçilərə görə tutulan vergilər bu il büdcəyə 42 milyard riyal (19,9 milyard manat), 2020-ci ildə isə 152 milyard riyal (72 milyard manat) əlavə vəsait gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB