ABŞ-da 20 nəfər qasırğa və daşqının qurbanı olub

ABŞ-da 20 nəfər qasırğa və daşqının qurbanı olub

ABŞ-ın bir sıra ştatlarında baş verən qasırğa və daşqın nəticəsində ölənlərin sayı 20-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bundan əvvəl təbii fəlakət nəticəsində Corciya ştatında 14, Missisipidə 4 nəfərin həlak olduğu barədə məlumat daxil olub.

Kaliforniyada daha 2 nəfərin cəsədi aşkarlanıb. Bundan başqa, uşaq da daxil olmaqla 3 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə