"Türkiyə ilə ABŞ arasında münasibətlərin yaxşı olması məcburidir. Bu ölkələrin başqa yolu yoxdur". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın istanbuldakı yeni baş konsulu Jeniffer L. Davis deyib. Yeni prezident Donald Trampın dövründə iki ölkə arasında Transatlantik Ticarət və İnvestisiya Ortaqlığı ilə bağlı sualı cavablandırarkən bildirib ki, sözügedən mövzu mürəkkəb və çoxyönlüdür: İki ölkə arasında bu münasibətlərin tam olaraq necə inkişaf edəcəyini bilmirəm. Lakin yeni prezident iş adamı olduğu üçün inanıram ki, onun bu sahədəki dünyagörüşləri ticarətin daha asan şəkildə həyata keçirilməsi, gömrük müqavilələrinə təsiri olacaq. Düşünürəm ki, Türkiyə və Amerika iqtisadiyyatlarında müştərək addımlar atacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB