Taylandda daşqınlarda 85 nəfər ölüb

Taylandda daşqınlarda 85 nəfər ölüb

Taylandın cənub əyalətlərində baş verən daşqın nəticəsində ölənlərin sayı 85-ə çatıb, 4 nəfər itkin düşmüş sayılır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə "Üçüncü" milli telekanalın xəbərlər buraxılışında çıxış edən ölkə Daxili İşlər Nazirliyinin Fəlakətlər mərkəzinin rəhbəri həkim Çatçay Promlet məlumat verib.

Nazirlik ötən həftə 80 nəfərin öldüyünü bildirib.

Məlumata əsasən, daşqınlardan bu və ya digər dərəcədə 1,7 milyon insan zərər çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə