Meksikanın Mansanilyo şəhərində (Kolima ştatı) avtomobildə başı kəsilmiş 6 kişi və 1 qadın meyiti tapılıb. RİA Novosti agentliyinin yaydığı xəbərə görə, meyitlərin qaçırılmış taksidə aşkar edildiyi bildirilir. Ötən həftə Çilpansinqo şəhərində avtomobildə başı kəsilmiş 6 nəfərin meyiti tapılıb. İlkin ehtimala görə, insidentə səbəb narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında baş verən münaqişə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB