Rusiyada ağır yol qəzası baş verib, 4 nəfər ölüb

Rusiyada ağır yol qəzası baş verib, 4 nəfər ölüb

Dünən Rusiyada ağır yol qəzası baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Tümen-Xantı-Mansiysk avtomagistralının 864-cü kilometrliyində qeydə alınıb. "Toyota Rav4" və "Mitsubishi Lancer" avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hazırda yol-nəqliyyat hadisəsinin təfərrüatları və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə