Bu gün Vahid Rusiya Partiyasının qurultayında Baş nazir Dmitri Medvedev yenidən hakim partiyanın sədri seçilib. APA-nın məlumatına görə, D. Medvedev 2012-ci ildən Vahid Rusiya Partiyasının sədridir. Partiyanın sədri 5 illik müddətə seçilir. L. Medvedev partiya üzvlərinə göstərilən etimada görə təşəkkür edib. Qeyd edək ki, qurultayda Boris Qrızlov da yenidən partiyanın idarəetmə orqanı olan Ali Şuranın Bürosunun rəhbəri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB