İstanbul Polis İdarəsi və AK Partiyasının İstanbul Vilayət Rəhbərliyinə qarşı terror hücumlarında şübhəli bilinən bir nəfər saxlanılıb. Anadolu informasiya agentliyi xəbər verir ki, terrorçu İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsinin üzvü Şərif Tnin yaxalanması üçün İstanbulda 15 ayrı-ayrı ünvanda əməliyyat keçirilib. Terrorçu Tekirdağda polis dəstələrinin keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.
Bu arada, dünən İstanbulun Esenyurt rayonunda polislərə atəş açaraq hadisə yerindən qaçan şübhəlinin də məhz o, olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB