Tramp əleyhinə keçirilən aksiyalarda 6 polis yaralanıb

Tramp əleyhinə keçirilən aksiyalarda 6 polis yaralanıb

ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Donald Tramp əleyhinə təşkil edilən aksiyalarda 6 polis, o cümlədən bir neçə nümayişçi yaralanıb.

Axar.az xəbər verir ki, paytaxtda bir neçə avtomobil yandırılıb və iaşə obyektlərinin şüşələri sındırlıb. Qarşıdurma zamanı polisin bibər qazından istifadə etdiyi bildirilib. Bundan əlavə, 220 iğtişaşçının saxlanıldığı da vurğulanıb. Qeyd edək ki, nümayiş zamanı etirazçıların əksəriyyətində müxtəlif növ maskaların olması diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə