Əfqanıstanda Taliban 43 nəfəri öldürüb

Əfqanıstanda Taliban 43 nəfəri öldürüb

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində Taliban yaraqlılarının hücumu nəticəsində 43 nəfər həlak olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, həlak olanlar arasında 16 polis əməkdaşı var. Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yaraqlılar Mayvand qəzasındakı polis məntəqəsinə dörd dəstə ilə hücum ediblər. Hücumu köməyə gələn qüvvələrin sayəsində dəf etmək mümkün olub.

Son vaxtlar Əfqanıstanda bir-birinin ardınca terror aktları törədilir. Yanvarın 10-da parlamentin binası qarşısında intiharçı-terrorçu tərəfindən törədilmiş partlayış nəticəsində azı 38 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdı. Elə həmin gün Qəndəharda 11 nəfərin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin Əfqanıstandakı beş diplomatının ölümü ilə nəticələnən terror hücumu baş vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə