İran nümayəndələri Astanaya gəlib

İran nümayəndələri Astanaya gəlib

İran nümayəndə heyəti Suriya üzrə danışıqlarında iştirak etmək üçün Qazaxıstana gəlib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, nümayəndə heyətinə İran xarici işlər nazirinin müavini Caber Ansari rəhbərlik edir.

Astanada Suriya böhranı üzrə beynəlxalq görüş yanvarın 23-də başlayacaq.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti bildirib ki, türkiyəli həmkarı Tayyib Ərdoğanla Suriyada münaqişə tərəflərinin iştirakı ilə sülh danışıqlarını Astanada keçirmək barədə razılığa gəliblər. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu təşəbbüsü dəstəkləyib və danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə