Putin və Tramp yaxın aylarda görüşə bilər Peskov

Putin və Tramp yaxın aylarda görüşə bilər Peskov

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın yaxın həftələrdə görüşünü gözləməyə dəyməz. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BBC-yə açıqlamasında deyib.

O bildirib ki, ABŞ prezidenti ilk növbədə ölkənin işləri ilə məşğul olacaq: "Səfərin tarixi iki prezidentin telefon danışığı zamanı müəyyən edilə bilər. Biz görüşün yaxın aylarda keçirilə ehtimalından danışa bilərik".

Qeyd edək ki, Trampın yanvarın 20-də inaqurasiya mərasimi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə