Partlayışda 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Partlayışda 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Pakistanın şimal-qərbində yerləşən Kurram qəbilə vilayətindəki tərəvəz bazarında baş verən partlayış nəticəsində ən azı 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, hadisə Paraçinar şəhərində yerli vaxtla təxminən saat 08:50-də baş verib.

Pakistan ordusunun press-relizində bildirilir ki, partlayış kustar üsulla hazırlanmış partlayıcı qurğu vasitəsilə törədilib. Bundan əvvəl 12 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı bildirilib. Pakistanda fəaliyyət göstərən terror qruplaşmalarından hələlik heç biri partlayışla bağlı məsuliyyəti üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə