İstanbulda naməlum şəxslər təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutub. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, insident Vətən prospektində qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB