İŞİD Türkiyə ordusunun 5 əsgərini öldürdü

İŞİD Türkiyə ordusunun 5 əsgərini öldürdü

İŞİD terror qruplaşması Türkiyə ordusunun Əl Babdakı qüvvələrinə hücum edib. Axar.az xəbər verir ki, hücum zamanı Türkiyə ordusundan ölən və yaralananların olduğu bildirilib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, bomba yüklənmiş avtomobilin partlaması nəticəsində 5 hərbçi həlak olub, 9 nəfər yaralanıb.Yaralılar Kilis və Qaziantepdəki xəstəxanalara gətirilib.

Hücumdan dərhal sonra İŞİD-ə qarşı quru və hava əməliyyatları başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə