Rusiyadan ABŞ-a RT xəbərdarlığı: "Ciddi tədbirlər görəcəyik"

Rusiyadan ABŞ-a RT xəbərdarlığı: "Ciddi tədbirlər görəcəyik"

"Raşşın Tudey" (RT) telekanalının fəaliyyəti ABŞ mediası və sosial şəbəkələri tərəfindən məhdudlaşdırılarsa, ciddi tədbirlər görəcəyik. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federal Radio və Televizya Şurasının (Roskomnadzor) sədri Aleksandr Jarov deyib.

"Rusiyada ABŞ-a aid xeyli mətbuat orqanı fəaliyyət göstərir. ABŞ KİV-ləri digər mətbu orqanlarla bərabər hüquqlara və imkanlara sahibdir. Əgər ABŞ media qurumlarının və sosial şəbəkələrinin RT-yə qarşı bənzəri görünməyən məhdudlaşdırma siyasəti davam edərsən ciddi addımlar atacağıq", - Jarov bildirib. Qeyd edək ki, Feysbuk sosial şəbəkəsində RT səhifəsinin xəbərlər xaricində digər paylaşımlar etməsi bir müddətlik qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə