Zəlzələ və qar uçqunu oteli uddu FACİƏ + FOTO

Zəlzələ və qar uçqunu oteli uddu FACİƏ + FOTO

İtaliyanın Qran-Sasso rayonunda yerləşən və dağlıq ərazidə fəaliyyət göstərən otel qar uçqunu altında alıb. SİA xəbər verir ki, "RaiNews"in yazdığına görə, qar uçqunu zamanı oteldə 20 nəfər müştəri və personal olub. Hadisə yerində xilasedicilərin və karabinerlərin (hərbi polisin) işlədikləri bldirilir. Qeyd olunur ki,onlarla əlaqələr kəsilib, eyni zamanda mobil telefon rabitəsi də kəsilib.

Oteldə 20 nəfərin qalmasını Peskara əyalətinin administariv rəhbəri Antonio Di Marko da təsdiqləyib.

Məlumatda bildirilir ki, ötən gün səhər saatlarından başlayaraq, Appenin dağları daxil olmaqla İtaliya regionlarında beş yeraltı təkan baş verib. Zəlzələnin təsiri paytaxt Romada və digər şəhərlərdə də hiss olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə