İran hökuməti 5 dəmir yol layihəsi üçün 462 milyon dollar ayırıb

İran hökuməti 5 dəmir yol layihəsi üçün 462 milyon dollar ayırıb

İran hökuməti ölkədə həyata keçirilən 5 dəmir yol layihəsinin, o cümlədən Qəzvin-Rəşt xəttində aparılan işlərin yekunlaşması üçün 18,5 trilyon real (462 milyon dollar) vəsait ayırıb. İranda ingilis dilində dərc olunan "Financial Tribune" qəzetinin verdiyi məlumata görə vəsaitin çox hissəsi strateji xarakter daşıyan dəmir yollarının çəkilişinə sərf olunacaq.

Qəzvin-Rəşt dəmir yolu xətti İran üçün strateji xarakter daşıyır. Bu barədə İran rəsmiləri dəfələrlə bəyanatla çıxış ediblər.

Xatırladaq ki, Qəzvin-Rəşt dəmir yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən yoldur. Bu yol Astaraya qədər uzanacaq və İranın dəmir yollarını Azərbaycan və Rusiyanın dəmir yolları ilə birləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə