ABŞ pilotsuz uçuş aparatı qəzaya uğrayıb

ABŞ pilotsuz uçuş aparatı qəzaya uğrayıb

Əfqanıstanın şərqində yerləşən Nəngərhar əyalətində ABŞ pilotsuz uçuş aparatı qəzaya uğrayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, taliblər onu terrorçuların vurduqlarını iddia edirlər, ABŞ Silahlı Qüvvələrindən (SQ) isə qəzaya səbəb kimi texniki nasazlıq göstərilir.

Bazar ertəsi axşam baş verən qəza barədə Əfqanıstan SQ-dəki mənbə anonimlik əsasında məlumat verib, lakin qəzanın səbəbini açıqlamayıb. Yerli hökumət nümayəndəsi sözügedən məlumatı şərh etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə