"Sarkisyana qarşı sui-qəsd edilib" “Joxovurd”

"Sarkisyana qarşı sui-qəsd edilib" “Joxovurd”

"Ermənistan prezidenti Serj Sarkisyana sui-qəsd cəhdi edilib. SİA-nın məlumatına görə, bu barədə "Joxovurd" qəzeti xəbər verir. Nəşrin məlumatına görə, insdentdən sonra prezident iqamətgahının mühafizəsi gücləndirilib. Məsələ ilə bağlı jurnalistin sualını cavablandıran Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan bildirib ki, onlar yalnız tam şəkildə öz funksiyalarını həyata keçirirlər.

"Sarkisyan yanvarın 5-də gözlənilmədən məzuniyyətə getdi. Ənənəyə görə, hər il yanvarın 6-da Ermənistan prezidenti və digər yüksək vəzifəli şəxslər Eçmiədzin kilsəsində yeni il mərasiminə qatılırdı. Bu il isə Sarkisyan ənənəni pozdu. Onun qəfil məzuniyyətə getməsinin səhhəti ilə bağlı olduğu ehtimal edilsə də, bununla potensial təhlükədən qorunması da istisna deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə