II Yelizavetanın oğlu iqlim dəyişmələri haqqında kitab yazıb

II Yelizavetanın oğlu iqlim dəyişmələri haqqında kitab yazıb

Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu şahzadə Çarlz iqlim dəyişmələri haqqında kitab yazıb. Kitabın satışı yanvarın 26-dan başlanacaq.

Bu barədə məlumatı "BBC" yayıb. Şahzadə Çarlz BMT-nin "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasının 2015-ci ildə Parisdə keçirilən konfransında iştirak etdikdən sonra müvafiq mövzuda kitab yazmaq qərarına gəlib. Konfrans zamanı bu mürəkkəb mövzuda sadə və əlçatan ədəbiyyatın az olması onun diqqətindən yayınmayıb.

Kitab klimatoloq Emili Şakburqun və ətraf mühitin qorunması üzrə mütəxəssis Toni Cuniperin həmmüəllifliyi ilə yazılıb. Kral Meteoroloji Cəmiyyəti və yeddi klimatoloq əlyazma ilə tanış olduqdan sonra onun nəşrinə razılıq verilib.

Şahzadə Çarlz iqlim dəyişmələri mövzusuna əvvəllər də toxunub. Vaxtilə o, iqlim dəyişmələrinə inanmayan adamları "quşbeyin" adlandırıb. 2013-cü ildə isə deyib: "İstəmirəm ki, nəvələrim mənə "Nə üçün sən heç nə etmədin?" sualını versinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə