Yeni Zelandiyada amerikalı turistlərin olduğu avtobus dərəyə düşüb

Yeni Zelandiyada amerikalı turistlərin olduğu avtobus dərəyə düşüb

Bu gün Yeni Zelandiyada Böyük Britaniya və ABŞ-dan turistlərin olduğu avtobus 10 metr yüksəklikdən dərəyə düşüb. APA-nın məlumatına görə, bu barədə "New Zealand Herald" qəzeti məlumat yayıb.Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü olub. Qəzada 4 nəfər ciddi xəsarət alıb və vertolyotla xəstəxanaya aparılıb. Digər xəsarət alanlara da tibbi yardım göstərilib. Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə