Malayziyada İŞİD-lə əlaqədə olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib. Bu barədə "RİA Novosti" məlumat yayıb. Xəbərdə bildirilir ki, bununla bağlı əməliyyat ölkənin şimal-qərbindəki Pasir-Mas şəhərində aparılıb. Saxlanılanlar 30-40 yaşlı şəxslərdir. "Söhbət onların İŞİD-lə əlaqəsindən gedir. Biz daha sonra bu şəxslərin ölkə üçün təhlükəli olub-olmamaları barədə də təhqiqat aparacağıq" – deyə polis rəsmisi bildirib.
Polis saxlanılanların mənzillərində partladıcı maddələr üçün materiallar aşkar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB