Qayıq batdı 26 ölü

Hindistanda Qanq çayında qayığın çevrilməsi nəticəsində həlak olanların sayı 26-ya yüksəlib. "France-Press" agentliyinin yaydığı məlumata görə, hadisə şənbə günü axşam Qanq çayının Bihar ştatı ərazisindən keçən hissəsində, Patna şəhəri yaxınlığında baş verib. Xilasedicilər gecə 22 cəsədi sudan çıxarıblar. Bu səhər isə daha 4 nəfərin cəsədi tapılıb.

Məlumatda qeyd olunur ki, 30 nəfər üçün nəzərdə tutulan qayığa 50-dən çox insan minib. Çaya düşənlərdən 10-12 nəfəri üzərək sahilə çıxa bilib. Daha 8 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə