Türkiyə İŞİD-in 189 hədəfini vurdu

Türkiyə İŞİD-in 189 hədəfini vurdu

Türkiyə silahlı Qüvvələri Suriyanın şimalında "Fərat qalxanı" hərəkatı çərçivəsində əməliyyatları davam etdirir. "Anadolu" agentliyi xəbər verir ki, əməliyyatların 145-ci günündə türk qırıcıları İŞİD terror qruplaşmasının Suriyadakı 198 hədəfini vurub. Eyni zamanda, 9 terrorçu zərərsizlədirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən "Azad Suriya Ordusu"nun döyüşçüləri ilə birlikdə "Fərat qalxanı" adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə