Argentinada Bankı 24 saniyəyə qarət etdilər

Argentinada Bankı 24 saniyəyə qarət etdilər

Argentinanın Tiqre şəhərində 4 silahlı şəxs bank şöbəsini yarım dəqiqədən də az müddətdə qarət edib. "Todo Niticias" telekanalı xəbər verir ki, oğrular 47 min dolları özləri ilə aparıblar. Hadisə ilə bağlı yayılan videogörüntüdə "Mersedes-Benz" avtomobilindən enən 2 maskalı şəxsin bankın şüşə qapısını çəkiclə sındırdığı və içəri girdiyi, digər iki qarətçinin isə maşında keşik çəkdiyi görünür.

Təxminən 14 saniyədən sonra qarətçilər bankdan 3 kaset pulla çıxaraq yenidən avtomobilə əyləşiblər. Oğurluq prosesi ümumilikdə 24 saniyə çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə