Vigen Sarkisyan baş nazir postuna gətirilir “Jamanak”

Vigen Sarkisyan baş nazir postuna gətirilir “Jamanak”

"Prezident Serj Sarkisyan üçün 2017-ci ilin aprelindən 2018-ci ilin aprelinədək baş nazir vəzifəsinə ən uyğun və mümkün namizəd Ermənistanın hazırkı müdafiə naziri Vigen Sarkisyandır". SİA-nın məlumatına görə, bu barədə "Jamanak" qəzeti yazıb. Nəşrin iddiasına görə, ictimaiyyətin bu dəyişikliyi qəbul etməsi üçün böyük səyləri göstərilir.

Məhz bu səbəbdən V.Sarkisyan Respublika Partiyasının seçki siyahısına rəhbərlik edəcək. Plana əsasən, V.Sarkisyan 2018-ci il 9 aprel tarixində baş nazir vəzifəsindən gedəcək və Serj Sarkisyan ölkənin baş naziri olacaq. Əgər hazırkı baş nazir Karen Karapetyan özünə uyğun vəzifə tapmasa, o zaman bu proqramın alınmaması üçün əlindən gələni edəcək, yaxud da o, "böyük məbləğdə qazanc" müqabilində Rusiyaya qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə