Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Fırat qalxanı" əməliyyatı çərçivəsində bu günə kimi 2 min 85 terrorçu məhv edilib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onların 1775-i İŞİD-in, 310 nəfəri isə PKK / PYD yaraqlısı olub.
Terrorçuların 1141 hədəfinə 233 bomba atılıb, 2 min 845 əldəqayrılma partlayıcı və 43 mina zərərsizləşdirilib. "Fırat qalxanı" əməliyyatı ötən il avqustun 24-ə başlayıb və 144 gündür ki, davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB