Türkiyənin Bitlis şəhərində qarşıdurma olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bitlis Valiliyindən verilən açıqlamada bildirilir ki, yanvarın 12-də Bitlis Jandarma Bölgə Komandanlığı tərəfindən PKK-ya qarşı başlanan əməliyyat zamanı qarşıdurma yaşanıb. Nəticədə 2 əsgər həlak olub, 2 nəfər isə yaralanıb. Məlumatlarda yaralıların həyatı təhlükəsinin olmadığı bildirilir. Əməliyyat davam edir.
Açıqlamada deyilir: "Təhlükəsizlik güclərimiz xalqımızın da dəstəyi ilə dinclik və təhlükəsizliyi təmin etmək məqsədilə terrorçularla mübarizəsini qətiyyətlə davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB