Trapm Rusiyaya qarşı sanksiyaları ləğv edəcək?

Trapm Rusiyaya qarşı sanksiyaları ləğv edəcək?

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dərhal aradan qaldırılmayacağını bəyan edib. SİA-nın məlumatına görə, bu barədə Tramp "Wall Street Journal" nəşrinə müsahibəsində deyib.

O, gələcəkdə sanksiyaların ləğv oluna bilməsini istisna etməyib. Trampın sözlərinə görə, Rusiya terrorçuluqla mübarizə və digər sahələrdə özünü müsbət tərəfdən göstərdiyi təqdirdə sanksiyalara ehtitac qalmayacaq.

Qeyd edək ki, dünən Obama adminstrasiyası Rusiyaya qarşı Ukrayna böhranına görə 2014-cü ildə qüvvədə olan sanksiyaları yenidən uzadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə