Pakistanda yük maşını məktəbə çırpılıb, 5 şagird həlak olub

Pakistanda yük maşını məktəbə çırpılıb, 5 şagird həlak olub

Pakistan Kəşmirinin Baqx dairəsində yük maşınının qızların təhsil aldığı məktəbə çırpılması nəticəsində 5 şagird həlak olub, 30-u isə yaralanıb. Ölənlərin dördü şagird, biri isə müəllimdir.

Pakistan mətbuatının verdiyi məlumata görə, məktəbin yanındakı yoldan keçən maşının sürücüsü idarəetməni itirərək bir qrup şagirdi vurub və məktəbin binasına dəyib. Qəza törədən sürücü hadisə yerindən qaçsa da sonra onu tapmaq mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə