10 yaşa qədər uşaqların vaksinasiyası üzrə kampaniyaya başlanılıb

10 yaşa qədər uşaqların vaksinasiyası üzrə kampaniyaya başlanılıb

Dünya Səhiyyə Təşkilatının (DST) dəstəyi ilə Nigeriyanın şimal-şərq rayonlarında iğtişaşlar nəticəsində zərər çəkən 10 yaşa qədər uşaqların vaksinasiyası üzrə kampaniyaya başlanılıb.

SİA-nın BMT-nin saytına istinadən xəbərinə görə, balaca nigeriyalılar təhlükəli yoluxucu xəstəliklərə, o cümlədən qızılca və poliomielitə qarşı peyvənd olunacaqlar.

İkihəftəlik kampaniya ölkənin üç ştatında keçiriləcək. Kampaniyaya xüsusi hazırlıq keçmiş 4 min mütəxəssisdən ibarət qruplar cəlb edilib. Hər yeddi nəfər üzrə qrupda tibb işçiləri də var.

DST-nin məlumatına görə, son aylarda Nigeriyanın şərq hissəsində uşaqlar arasında qızılcaya yoluxma halları artıb. Belə ki, 2016-cı ilin sentyabr ayından dekabrın 18-dək bu ərazidə qızılcaya oxşar 1500 yoluxma halının aşkarlanması barədə məlumatlar daxil olub.

DST-nin dəstəyi ilə bu yaxınlarda ölkənin Borno ştatında məcburi köçkün düşərgələrində yaşayan 83 min uşaq peyvənd alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə