Türkiyədə silahlı insident olub

Türkiyədə silahlı insident olub

Ankarada silahlı insident nəticəsində 2 nəfər ölüb. SİA-nın Türkiyənin "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, hadisə Ankaranın Keçiören rayonunda baş verib.

Bir evdə yaşayan və qohum olduqları bildirilən 3 nəfər arasında hələ müəyyən edilməyən səbəblərə görə mübahisə düşüb.

Mübahisə davaya çevrilib. Silahı olan Ö.D adlı şəxs digər iki nəfərə silahdan atəş açıb və daha sonra evdən qaçıb.

Polis qətldə şübhəli bilinən şəxsin tutulması üzrə əməliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə