ABŞ Senatı Monteneqronun NATO-ya üzv olmasını dəstəkləyir

ABŞ Senatı Monteneqronun NATO-ya üzv olmasını dəstəkləyir

ABŞ Senatının beynəlxalq münasibətlər komitəsi Monteneqronun NATO-ya üzvlüyünün dəstəklənməsi barədə qətnaməni dəstəkləyib. APA-nın xəbərinə görə, növbəti mərhələdə məsələ Senatda müzakirəyə çıxarılaraq səsverməyə qoyulacaq. Bundan əvvəl İtaliya və Norveç Monteneqronun NATO-ya üzv olmasını dəstəkləyib. Hazırda NATO-nun 28 üzvü var. Sonuncu dəfə 2009-cu ilə Albaniya və Xorvatiya Alyansa üzv seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə